Vaqe Ovannisyan: “Ermənistan Cənubi Qafqazın mənasız artığıdır”backend

Vaqe Ovannisyan: “Ermənistan Cənubi Qafqazın mənasız artığıdır”

“Bütün fəlakətlərimizin kökündə strateji primitivliyimiz dayanır”.

KONKRET.az “aysor.am” saytına istinadən xəbər verir ki, bu fikirləri “Alternativ Layihələr” qrupunun üzvü Vaqe Ovannisyan yazıb.

“Yaxın Şərqdə və regionumuzda yeni gərginlik və partlayış təhlükəsinə, bütün qonşuların və düşmənlərin aktiv təmaslarına, onların açıq və kölgədə davam edən danışıqlarına, Putinin Bakıya səfərinə necə cavab verməliyik? Velosiped, xaşlama və şeir şənliyi ilə? Tətildən yavaş-yavaş qayıdan (ya da qayıtmayan) müxalifət ilə? Nə etmək lazımdır?

Biz artıq Cənubi Qafqazın mənasız və ümidsiz artığı kimi öz rolumuza alışırıq. Lakin biz ölkəmizi ağılla idarə etsək, cəmiyyətin ruhdan düşməsini dayandıra bilərik. Bütövlükdə isə bugünkü cəmiyyətimizi “xaşlama milləti” adlandırmaq olar.

Strateji primitivliyimiz bir sıra keyfiyyətlərimizlə bütün fəlakətlərimizin təməlində dayanır. Azərbaycan BRİKS-ə qoşulmaq istəyir, biz şeir oxuyuruq və oxucunu ələ salırıq. Düz dörd il əvvəl, 2020-ci il müharibəsindən əvvəl sözün əsl mənasında eyni qeyri-ciddi vəziyyət var idi.

İnsanlarımızın bu vəziyyətdən çıxmağa potensialı varmı? Var. Bizim ən böyük faciəmiz bu vəziyyətə birbaşa cavabdeh olan primitiv elitalarımızdır. Xalq dəyişdirilmir, qovulmur, lakin elita dəyişdirilir və qovulur. Bizdən daha pis vəziyyətdə olan digər cəmiyyətlər bunu etdilər və uğur qazandılar”, deyə o, qeyd edib.

Rəsmiyyə Şərifova

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*