
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin “IDEA-dan başladı” adlı yeni kitabı nəşr edilib.
KONKRET.az xəbər verir ki, kitab tanınmış ictimai-siyasi xadim, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Bakı” jurnalının təsisçisi və baş redaktoru, “Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq” İctimai Birliyinin (International Dialogue for Environmental Action –IDEA) təsisçisi və sədri Leyla Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edir.
Kitab vasitəsilə Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində göstərdiyi səylərin şahidi ola, humanitar, ekoloji problemlərin aradan qaldırılmasında həyata keçirdiyi layihələrlə, qələmə aldığı şeirlərdən bəzi nümunələrlə tanış ola bilərsiniz.
KONKRET.az