Vardanyan: “Ermənistan tezliklə ikinci Ukraynaya çevrilə bilər”backend

Vardanyan: “Ermənistan tezliklə ikinci Ukraynaya çevrilə bilər”

“Ermənistan tezliklə ikinci Ukraynaya və ya Suriyaya çevrilə bilər”.

KONKRET.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında “Ermənistan” Ümumerməni Fondunun keçmiş rəhbəri Ara Vardanyan deyib.

“Rusiya regionu tərk etmək niyyətində olmadığını gizlətmir. Eyni zamanda, Ermənistan hakimiyyəti Moskvanı təxribata çəkmək üçün bütün mümkün vasitələrdən istifadə edir. Ermənistandakı beşinci kolon Ermənistanda rusofob əhval-ruhiyyəni yaymaq üçün hər şeyi edir. Bütün bunlar bizi yalnız Ukrayna və ya Suriya ssenarisinə yaxınlaşdırır”, – deyə Vardanyan bildirib.

Onun sözlərinə görə, hazırkı tendensiyalar davam etmək şərti ilə Ermənistanın gələcək perspektivləri kifayət qədər qeyri-müəyyəndir, Ermənistanın dövlətçiliyi sual altında qala bilər.

Respublika Partiyasının lideri Aram Sarkisyan Levon Şirinyan və bir çox başqaları politoloq kimi beşinci kolon nümayəndələri olaraq məsuliyyət daşıyır. “Mən hesab edirəm ki, bu insanlar müxtəlif mərkəzlərdən maliyyələşirlər və öz fəaliyyətləri ilə anti-Rusiya əhval-ruhiyyəsini pik həddə çatdırmaq, bununla da Ermənistanı Türkiyənin tabeçiliyinə vermək məqsədi güdürlər”.

Vardanyan Ermənistanın Qərblə münasibətləri intensivləşdirmək üçün Rusiya ilə əlaqələri kəsməli olduğunu iddia edən bütün qüvvələri həyasızcasına yalan danışmaqda ittiham edib. “Türkiyə Qərbin regiondakı nümayəndəsidir, Ermənistan Rusiya Federasiyası ilə münasibətləri kəsdiyi gün Türkiyə vilayətinə çevriləcək”, – Vardanyan vurğulayıb. O, əmindir ki, Ermənistan artıq “yarıvilayət” statusuna malikdir, çünki Ermənistan hakimiyyəti tamamilə Türkiyə-Azərbaycan tandeminə tabedir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*