Vardanyan: “İran və Ermənistan arasında ticarət mübadiləsi ildən-ilə artır”backend

Vardanyan: "İran və Ermənistan arasında ticarət mübadiləsi ildən-ilə artır”

“2021-ci ildə ikitərəfli ticarət həcmi ilk dəfə 500 milyon dolları, 2022-ci ildə isə 700 milyon dolları keçib. İki ölkənin müəyyən etdiyi hədəf 1 milyard, sonra isə 3 milyard dollardır. Bu templə yaxın illərdə ticarətin 1 milyard dollara çatdırılması realdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın “Orbeli” araşdırma mərkəzinin iranşünas eksperti Janna Vardanyan deyib.
Məlumata görə, müxbirin “Cənubi Qafqazda digər qeyri- regional ölkələrin İran və Ermənistanla bağlı hansı məqsədləri var?” sualına erməni iranşünas belə cavab verib: “Müxtəlif aktorlar Cənubi Qafqazda öz təsirlərini bərqərar etməyə çalışırlar. Amma heç kəs İran-Ermənistan mübasibətlərinə xələl gətirə bilməz. İran Ermənistanın vacib qonşusudur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*