Vardanyanın fəaliyyəti cinayətkar xarakter daşıyır – Nazirbackend

Vardanyanın fəaliyyəti cinayətkar xarakter daşıyır - Nazir

Milyarder Ruben Vardanyanın fəaliyyəti cinayətkar və avantürist xarakter daşıyır.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Nazir deyib ki, regionda məskunlaşmış Vardanyanın fəaliyyəti avantürist xarakter daşıyır: “O, regionu nə qədər tez tərk etsə, hamı üçün bir o qədər yaxşı olar. Çünki bundan ilk növbədə yerli əhali əziyyət çəkir. Belə ki, bu, yerli əhalinin reinteqrasiya prosesinə mane olur”.

XİN başçısı bütün maraqlı tərəfləri regionda yaşayan erməni əhalisinin reinteqrasiyası prosesinə töhfə verməyə çağırıb.

C.Bayramov Azərbaycan tərəfinin bu istiqamətdə addımlar atdığını və bu addımları gələcəkdə də davam etdirməyə hazır olduğunu söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*