Vardanyanın oğlu: “Ümid edirik ki, atam azadlığa çıxacaq”backend

Vardanyanın oğlu: "Ümid edirik ki, atam azadlığa çıxacaq" 

Sentyabrın 26-da Laçın dəhlizində rusiyalı iş adamı, separatçı Ruben Vardanyan Azərbaycan tərəfindən saxlanılıb. Daha sonra Vardanyan haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

KONKRET.az xəbər verir ki, NEWS.am saytının müxbiri Ruben Vardanyanın oğlu ilə danışıb.

– Ruben Vardanyan haqqında məlumatınız varmı? Onunla əlaqə saxlaya bildinizmi?

– Bəli, dünən və ötən çərşənbə axşamı anama zəng etdi, mən orada yox idim. Anladığım qədər, zəng çox qısa olub. O, vəziyyətinin yaxşı  olduğunu bildirib.

– Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin nümayəndələri ona baş çəkibmi?

– Belə bir məlumat bizdə yoxdur, amma bilirəm ki, nümayəndələr (BQXK-red.) anamla əlaqə saxlayıb atamla əlaqə yaratmaq istədiklərini bildiriblər.

– İndi siz ancaq Ruben Vardanyanın, yoxsa elə atanla birgə digər məhbusların da qaytarılmasına çalışırsınız?

– Ermənistan beynəlxalq məhkəmələrdə tək atamın deyil, Azərbaycanın tərəfindən saxlanılan bütün məhbusların azadlığa buraxılması üçün iddia qaldırıb. Bununla bağlı Haaqada məhkəmə prosesi keçiriləcək. Bu prosesin uğurla yekunlaşacağına böyük ümidlər bəsləyirik.

– Ailənin öz vəkilinin olması barədə məlumatlar var. O kimdir və siz bu vəkili necə işə cəlb edə bildiniz?

– Bəli, doğrudur. Tanışlarımız vasitəsilə atamı təmsil etmək üçün tutduğumuz yerli vəkillə əlaqə saxlaya bildik. Bu hüquqşünas hazırda Azərbaycanda bizim maraqlarımızı təmsil edir.

– Ruben Vardanyanın qanuni şəkildə azadlığa buraxılmasının mümkün olacağına hansı təminat var?

– Mən, bir çoxları kimi, insani dəyərlərin və qanunların bütün hallarda tətbiq olunduğuna və Beynəlxalq Ədalət Məhkəməsinin hələ də təsir gücünə malik olduğuna inanıram. Mən ümid edirəm ki, bu proses atamı azad etməyə kömək edəcək.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*