Varşavada avtobus körpüdən düşdü: ölən və yaralananlar var – FOTOLARbackend

Varşavada avtobus körpüdən düşdü: ölən və yaralananlar var - FOTOLAR

Polşanın paytaxtı Varşava şəhərində avtobus körpüdən aşıb, bir sərnişin ölüb,17 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Polşanın “Interia Fakty” nəşri yazır.

186 nömrəli marşrutun iki seksiyalı avtobusu Qrot-Rovetsky körpüsündən düşüb. Nəqliyyat vasitəsində təxminən 30 nəfər olub.

Polşanın səhiyyə naziri Lukasz Schumowski qəzada 17 nəfərin yaralandığını, onlardan beşinin vəziyyətinin ağır olduğunu bildirib. Bir nəfər ölüb.

Qəza nəticəsində avtobus yarıya bölünüb. Ön hissə sərnişinlərlə birlikdə təxminən beş metr yüksəklikdən düşüb.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*