Xəbər verdiyimiz kimi, Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.
KONKRET.az Yeni Sabah-a istinadla Naxçıvanın keçmiş səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə bağlı maraqlı faktları təqdim edir:
Fuad Nəcəfli 1975-ci ildə Şahbuz rayonunda anadan olub.
Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhərində 1 saylı yeri İqtisad Məhkəməsində başlayıb.[3] Beynəlxalq Sığorta Şirkətində, “Star Alyans” Sığorta Şirkətində, “Texnikabank”da, “Paşa Holdinq” MMC-də və digər qurumlarda müxtəlif vəzifələrdə işləyib.
2019-cu ildən “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının üzvü olub.
2022-ci ildə dövlət başçısının sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.
Vəzifədə olduğu dövrdə Fuad Nəcəfli ilə bağlı müxtəlif şikayətlər mətbuatda geniş əks olunub.
Qeyd edək ki, Naxçıvanda idarəetmə ilə bağlı əsas səlahiyyətlər xüsusi nümayəndəliyə məxsusdur. Bundan öncə isə uzun illər Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikaya rəhbərlik edirdi.
