Vasili Koltaşov: “Ermənistanın Avropaya doğru kursu deqradasiyaya aparan yoldur”backend

Vasili Koltaşov: “Ermənistanın Avropaya doğru kursu deqradasiyaya aparan yoldur”

“AİB və Avropa İttifaqı tamamilə uyğun gəlmir. Aİ Amerikanın maraqlarına xidmət etmək üçün lazımdır. Ermənistanın Aİ-yə doğru kursu isə əslində deqradasiyaya doğru kursdur. Avropa İttifaqının bir növ rifah zonası olması ilə bağlı illüziya, əlbəttə ki, hələ də qalmaqdadır və bu mövzuda spekulyasiyalar mümkündür, lakin reallıqda Aİ maddi rifahının zirvəsini 15 il əvvəl keçib. O vaxtdan bəri o, tədricən, 2022-ci ildən isə kifayət qədər sürətlə iqtisadi cəhətdən zəifləyir və mövqelərini itirir”.

KONKRET.az xəbər verir ki, bu sözləri iqtisadçı və politoloq Vasili Koltaşov Rusiyanın baş nazirinin müavini Aleksey Overçukun Aİİ və Avropa İttifaqının bir araya sığmaması ilə bağlı bəyanatını şərh edərkən deyib:

O daha sonra bildirib: “Ermənistanın Aİ-yə üzvlüyü ona heç nə verməyəcək. Təbii ki, kimsə düşünür ki, Ermənistan vətəndaşları Aİ-də qara işlərdən nəsə qazana biləcəklər. Amma orada artıq böyük rəqabət var. Avropada çoxlu miqrantların olduğunu unutmamalıyıq. Ukraynadan, Yaxın Şərqdən miqrant axını davam edir. Ona görə də aydın deyil ki, Aİ Ermənistana nə üçün lazımdır. Erməni şərabları, konyakları orda kimə lazımdır? Kim onları təşviq edəcək və ya lobbiçilik edəcək? Heç kim. Orada erməni meyvələri qətiyyən heç kimə lazım deyil. Ermənistan bu yolla faydalı qazıntıları sata bilər. Deməli, Aİ Ermənistana heç bir imkan açmır. Avrasiya və Avropa İttifaqı tamamilə fərqli yollardır”, – Koltaşov bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*