“Vaşinqton ermənilərə “hədiyyə” versə də, Bakı ilə işləmək istəyir” –  Əliyevə edilən zəng…backend

“Vaşinqton ermənilərə “hədiyyə” versə də, Bakı ilə işləmək istəyir” - Əliyevə edilən zəng...

“ABŞ dövlət katibi Entoni Blinken prezident İlham Əliyevə zəng etdi. Vaşinqtondan Bakıya edilən bu zəng və müzakirə olunan mövzular bir neçə kontekstdə diqqət çəkir”.

Araşdırmaçı jurnalist Asif Nərimanlı KONKRET.az-a açıqlamasında diqqət çəkən məqamlardan danışıb:

1. Baydenin “soyqırımı” deməsindən sonra edilən ilk zəng;

2. Minsk qrupunun gələcək faəliyyətinin müzakirəsi;

3. Əliyev Azərbaycanın Türkiyənin yanında olduğunu yenidən diqqətə çatdırır;

Asif Nərimanlının sözlərinə görə, Blinkenin “soyqırımı” məsələsindən sonra Əliyevə zəng etməsi, ABŞ-ın enerji və regional təhlükəsizliyə qədər bir çox məsələdə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu deməyə əsas verir: “Vaşinqton ermənilərə “hədiyyə” versə də, Bakı ilə işləmək istəyir. “Minsk qrupunun gələcək fəaliyyətinin” müzakirəsi Bakının mövqeyinə yaxındır. Azərbaycan münaqişənin bitdiyini, həmsədrlərin gələcək fəaliyyətinin hansı formatda olmasının yenidən müəyyən edilməsini və daha çox humanitar proseslərdə iştirakını deyir. Əliyev Blinkenə bu mövqeyi çatdırıb. Müzakirənin müharibədən sonrakı vəziyyətlə bağlı olması da, Vaşinqtonun Bakının mövqeyini qəbul etməsi kimi izah oluna bilər. Hərçənd, hər şey proseslərin inkişafından asılı olacaq”.

Azərbaycanın son anti-terror təlimlərinin hədəfi və Putinin zəngi... » Qaynarinfo.az

Asif Nərimanlı əlavə edib ki, ABŞ regionda kommunikasiyanın bərpası prosesindən kənarda qalmaq istəmir: “Xüsusilə Cənubi Qafqazı Çinlə mübarizə müstəvilərindən birinə çevirməyə hazırlaşan Vaşinqtonun Zəngəzur dəhlizini öz təsirinə almaq və Mərkəzi Asiyaya çıxış marşrutu olaraq istifadə etmək planının olduğu görünür. “Soyqırımı” məsələsinin əsas hədəflərindən biri də bu idi. Əliyevin “soyqırımı” ifadəsindən narahatlığını birbaşa Baydenin baş diplomatına bildirməsi və Türkiyənin yanında olduğunu diqqətə çatdırması həm də gələcək mövqeyinin ifadə edilməsidir: Bakı Ankaranın yanındadır və ABŞ regionda öncə Türkiyə ilə razılaşmalıdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*