Vaşinqton görüşündə Zəngəzur dəhlizi ilə bağlı QƏRAR VERİLƏCƏK – Sülh müqaviləsi isə… – PƏRDƏARXASI MƏQAMLARbackend

Vaşinqton görüşündə Zəngəzur dəhlizi ilə bağlı QƏRAR VERİLƏCƏK - Sülh müqaviləsi isə... - PƏRDƏARXASI MƏQAMLAR

“ABŞ Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında keçiriləcək görüşün sülh prosesinə müsbət təsiri ola bilər”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov bildirib.

İlyas Hüseynov: “Azərbaycanın əldə etdiyi uğurlar bütün dünyada müzakirə  olunur” | KONKRET

Ekspertin sözlərinə görə, bu tip danışıqların faydalı nəticələr doğurması üçün əsas zəmin artıq mövcuddur:

“Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən son görüş konstruktiv xarakter daşıdı. Bu danışıqlar nəticəsində sülh müqaviləsinin paraflanması və Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesdə irəliləyiş əldə olunub.”

Hüseynov bildirib ki, ABŞ regionda öz maraqlarını güdməklə yanaşı, sülhə də dəstək verməyə çalışır:

“Vacib məqam ondan ibarətdir ki, bölgədə sülh və təhlükəsizliyin əsas memarı Azərbaycan Prezidentidir. 44 günlük Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Hazırda gündəmdə olan Zəngəzur dəhlizi isə böyük coğrafiyada iqtisadi yüksəlişə və Türk birliyinin daha da yaxınlaşmasına yol açacaq.”

Siyasi şərhçinin fikrincə, Vaşinqtonda keçiriləcək görüşdə Zəngəzur dəhlizi ilə bağlı konkret qərarların verilməsi də istisna deyil. Bu isə Azərbaycanın milli maraqlarına tam uyğundur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*