ABŞ Senatının Beynəlxalq əlaqələr komitəsinin üzvü, senator Stiv Deynsin fikrincə, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması Cənubi Qafqaz regionunda sabitliyin və rifahın əsas təminatçısı olacaq.
KONKRET.az xəbər verir ki, senator Stiv Deyns Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Görüş zamanı regional təhlükəsizlik məsələləri və Ermənistan iqtisadiyyatına investisiya perspektivləri müzakirə olunub. Senator ABŞ-da Donald Tramp administrasiyasının Ermənistan və Azərbaycan arasında sülh sazişinin zəruriliyi ilə bağlı mövqeyini dəstəklədiyini bildirib.
Müşviq Tofiqoğlu,
KONKRET.az