Vatikan “ağ bayraq” qalmaqalına aydınlıq gətirdi: “Papa elə deməyib”backend

Vatikan “ağ bayraq” qalmaqalına aydınlıq gətirdi: “Papa elə deməyib”

Vatikan İsveçrənin RSI kanalında Roma Papası Fransisklə müsahibənin yayımlanmasından sonra izahat dərc edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Vatikan bu addımı pontifikin müsahibəsinin Ukrayna və digər ölkələrdə sərt reaksiyaya səbəb olmasından sonra atıb.

Dünyanın, o cümlədən Ukrayna və Rusiyanın müxtəlif kütləvi informasiya vasitələri bu müsahibəni pontifikin yeni ölümlərin qarşısını almaq məqsədilə Kiyevə “ağ bayraq qaldırmaq”, “danışıqlara cəsarət göstərmək” təkliflərini  təslim olmağa çağırış kimi qiymətləndirib.

Vatikanın mətbuat xidmətinin direktoru Matteo Bruni bildirib ki, bu, tamamilə yanlış anlaşılmadır. Onun sözlərinə görə, pontifik “ağ bayraq” ifadəsini yalnız müsahibin təklif etdiyi obraza uyğun olaraq işlədib, bu məqamda Roma Katolik Kilsəsinin rəhbəri  cavabında ümumi mülahizələrə istinad edərək, ümumiyyətlə, “Ukrayna” sözündən istifadə etməyib.

Kommünikedə qeyd edilib ki, dünyadakı başqa münaqişə vəziyyətindən danışarkən, digər oxşar vəziyyətlərlə paralellər aparan Papa aydın şəkildə “danışıqlar heç vaxt kapitulyasiya deyil” kimi ifadə işlədib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*