Vatikan Dövlət Şurasının əməkdaşı koronavirusa yoluxdubackend

Vatikan Dövlət Şurasının əməkdaşı koronavirusa yoluxdu

Vatikan Dövlət Şurasında xidmət edən italiyalı prelat (katolik kilsələrində yüksək ruhani vəzifələrindən biri-red) koronavirusa yoluxduğuna görə xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə mənbələrə istinadən ANSA agentliyi bildirib.

Agentliyin məlumatına görə, yoluxan şəxs Roma Papası Fransiskın rəsmi iqamətgahında yaşayır. İqamətgahın bütün sakinləri üçün tibbi protokolda nəzərdə tutulmuş tədbirlər tətbiq edilib.

Vatikan rəsmiləri bu məlumatı hələ təsdiqləməyiblər.

Rəsmi məlumatlara görə, Papanın şəhər-əyalətinin ərazisində koronavirusa yoluxma faktı aşkarlanıb.

İtaliya mediası Roma Papası Fransiskin faktiki karantin rejiminə keçdiyini iddia edir. Onun başqaları ilə təmasları minimum səviyyəyə endirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*