Papa Fransisk bu ilin martında rahibə Raffaella Petrinini Vatikana qubernator təyin etmək niyyətindədir.
KONKRET.az Katolik xəbər agentliyi KNA-ya istinadən xəbər verir ki, Papa Fransisk bunu “Che tempo che fa” proqramında deyib. Rahibə Raffaella Petrini 2021-ci ildən Vatikan Qubernatorluğunun Baş katibidir. O, yeni vəzifədə bu ilin martın 1-də səksən yaşı tamam olacaq Fernando Verqes Alsaqunu əvəz edəcək.
Vəli Həsənoğlu,
KONKRET.az