Vatsapda daha bir YENİLİK: Artıq zənglərdə…backend

Vatsapda daha bir YENİLİK: Artıq zənglərdə...

Vatsapda zənglərin təşkili ilə bağlı yeni funksiya var.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə “WABetaInfo” məlumat yayıb.

Belə ki, istifadəçilər mesaj daxiletmə sahəsinin yanındakı xüsusi bölmədə zəng linkləri yarada biləcəklər. Bu, insanları həm audio, həm də video zənglərə dəvət etməyə imkan verəcək. Yaradılmış keçidlər cari söhbətdə və ya digər pəncərələrdə paylaşıla bilər.

Qeyd olunur ki, bu funksiya iOS əməliyyat sistemi əsasında qurulmuş qurğular üçün tətbiqin beta versiyalarında əlçatan olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*