Vaxtanq Kikabidzedən Ukrayna ordusuna möhtəşəm DƏSTƏKbackend

Vaxtanq Kikabidzedən Ukrayna ordusuna möhtəşəm DƏSTƏK

Vaxtanq Kikabidze Ukrayna ordusuna dəstək vermək qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə “Novosti-Georgia” portalı məlumat yayıb. Gürcü müğənnisi və aktyoru Vaxtanq Kikabidze yubiley konsertindən əldə etdiyi bütün gəliri Ukrayna ordusuna kömək üçün xərcləyib.

Kikabidzenin 84-cü ildönümü şərəfinə keçirilən konsert iyulun 19-da Batumidə tam heyətlə keçirilib və Ukraynaya həsr olunub.

Kikabidzenin hədiyyəsi – hərbçilər üçün quru yeməklər olan mikroavtobus artıq Ukraynaya çatıb.

Gürcüstanda onlar hədiyyə barədə yalnız bir neçə ukraynalı deputat və hərbçilər mikroavtobusa minərkən videomüraciət etdikdən sonra öyrəniblər. Onlar göstərdiyi köməyə görə Vaxtanq Kikabidzeyə təşəkkür ediblər.

Portal qeyd edir ki, Kikabidze özü hazırda Bakıdadır. O, Müslüm Maqomayevin abidəsinin açılışına dəvət olunub. Sənətkar Azərbaycanın paytaxtında konsert verəcək.

Yaxın vaxtlarda Kikabidze Ukraynada da konsert verməyi planlaşdırır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*