“Paşinyan istefa verməli, keçid hökuməti qurulmalıdır. Bu gün baş verənlər fəlakətdir, heç bir danışıq və sənəd olmadan ərazilərimizi verməyə davam edirik. Bütün bunlar dayandırılana qədər erkən seçkilərdən danışmaq mənasızdır”.
KONKRET.az xəbər verir ki, bunu müxalifətin Baş nazir postuna vahid namizədi Vazgen Manukyan jurnalistlərlə görüşündə deyib. Onun sözlərinə görə, “Erkən seçkilər ölkədəki vəziyyəti daha da çətinləşdirəcək, partiyalar arasında mübarizə başlayacaq. Paşinyan bir daha cəmiyyəti və partiyaları ağ-qaraya bölmək istəyir”.
KONKRET.az