“Hansı vəziyyətdə özümüzü tapırıq: anarxiya, evsizlik. Müharibə yoxdur, amma itirə-itirə gedirik. Bu davam edərsə, tezliklə Ermənistan ya dünya siyasi xəritəsindən yox olacaq, ya da heç kim buna əhəmiyyət verməyəcək qədər acınacaqlı vəziyyətə düşəcək. Və belə bir dövlət öz xalqının rifahını təmin edə bilməz”.
KONKRET.az xəbər verir ki, bunu müxalifətin Baş nazir postuna vahid namizədi Vazgen Manukyan bildirib. O vurğulayıb ki, “Artıq hər kəsə aydındır ki, bu adam üçün onun kreslosu Vətənindən, ölkədəki daxili sabitlik və harmoniyadan daha önəmlidir”.
KONKRET.az