Vəba dünyanı cənginə alıb: Azərbaycan üçün hansı risklər var?backend

Vəba dünyanı cənginə alıb: Azərbaycan üçün hansı risklər var?

Dünyanın müxtəlif ölkələrində vəba hallarının qeydə alınması diqqət çəkir.

Maraqlıdır, Azərbaycan üçün bu xəstəliyin real riski mövcuddurmu?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, hər bir epidemioloji prosesin ölkəmizə də təsir riski var:

Günay Lətifova

“Əgər dünyada bu proses baş verirsə, bu, mütləq şəkildə bizə də təsir edir. Xüsusilə də xaricə səfər edib gələn insanlar vasitəsilə müəyyən risklər yarana bilir”.

Həkimin sözlərinə görə, uçuşlardan əvvəl pandemiya dövründə olduğu kimi yoxlanışlar hazırda da tətbiq edilir və bəzi ölkələrdə xəstəliklərin mövcudluğunu nəzərə alsaq, risk faktoru inkar oluna bilməz.
Günay Lətifova vəbaya yoluxma ehtimalını minimuma endirmək üçün vətəndaşlara gigiyenaya xüsusi diqqət yetirməyi tövsiyə edib:

“Ümumi istifadə olunan transportdan və qapalı məkanlardan istifadə edərkən şəxsi gigiyenaya ciddi fikir vermək lazımdır. Xüsusilə, mikroavtobuslardan istifadə edənlərin maska taxmaları daha məqsədəuyğun olar”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*