Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın oldubackend

Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın oldu

Vəfa Musayeva Azərbaycan idmanı tarixinə düşüb.

KONKRET.az xəbər verir ki, o, Everest dağına qalxan Azərbaycanın ilk qadın alpinisti olub.

Vəfa bu uğuruna mayın 15-də imza atıb. O, dünyanın ən yüksək zirvəsini fəth edən 3-cü Azərbaycan alpinistidir.

2007-ci ildə İsrafil Aşurlı, 12 il sonra Vadim Vokryaçko buna nail olublar. Düzdür, daha iki azərbaycanəsilli idmançı Everestə yüksəlib. Amma buna 2013-cü ildə sevinən Murad Aşurlı Rusiya və ABŞ vətəndaşı kimi zirvəni fəth edib.

Everestə qalxan ilk azərbaycanəsilli qadın isə Elmira Aslanova olub. O, 2023-cü ildə Ukrayna vətəndaşı kimi bunu bacarıb.

Qeyd edək ki, hündürlüyü 8848 metr olan Everestə ilk dəfə 1953-cü ildə nepallı Tentsiq Norqey və yeni zelandiyalı Edmund Hillari çıxıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*