Vəfa Şərifovanı təhqir edən qadın məhkum olundubackend

Vəfa Şərifovanı təhqir edən qadın məhkum olundu

Xocavənd Rayon Məhkəməsində sosial şəbəkədə müğənni Vəfa Şərifovanı təhqir edən şəxs barəsində qərar elan olunub.

KONKRET.az xəbər verir ki, bu barədə oxu.az-a V.Şərifovanın vəkili Elməddin Məhərrəmov deyib.

O, bildirib ki, məhkəmənin qərarı ilə Arzu Məmmədova Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək 480 saat ictimai işlərə cəlb olunub. Qərara əsasən, A.Məmmədovaya elektron nəzarət qolbağı tətbiq edilib. O, hər gün 4 saat olmaqla 480 saat ictimai işlər görməyə məhkum edilib.

Xatırladaq ki, Arzu Məmmədova 2024-cü ilin noyabr ayında “TikTok” platformasında “zuzu_muzisiyev” adlı hesabla Vəfa Şərifovanı təhqir edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*