Vəkil: “Koronavirus səbəbindən bütün məhkəmə prosesləri təxirə salınsın!”backend

Vəkil: "Koronavirus səbəbindən bütün məhkəmə prosesləri təxirə salınsın!"

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin maraqlarını təmsil edən qırğız vəkil Zamir Jooşev koronavirus epidemiyası ilə əlaqədar bütün məhkəmə işlərinin dayandırılması təklifi ilə Ali Məhkəmə sədrinə müraciət edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bundan əvvəl Ali Məhkəmə epidemiya səbəbindən bütün prosesləri yalnız iddiaçılar, cavabdehlər, təqsirləndirilənlər, zərərçəkmişlər, vəkillər, tərəflərin qanuni nümayəndələri, habelə dövlət ittihamçıları olmaqla bağlı qapılar arxasında keçirmək qərarına gəlib.

Jooşevin sözlərinə görə, bu, məhkəmə prosesinin aşkarlıq prinsipini pozur. Bundan əlavə, iclaslarda iştirak etməyə icazə verilən proseslərin iştirakçıları yenə də infeksiyanın daşıyıcısı olacaqlar.

Jooşevə görə, bəziləri istisna olmaqla, məhkəmə iclaslarını tamamilə dayandırmaq daha yaxşıdır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*