Venesuela hökuməti kütləvi səfərbərlik elan etdi – GƏRGİNLİK PİK HƏDDƏbackend

Venesuela hökuməti kütləvi səfərbərlik elan etdi - GƏRGİNLİK PİK HƏDDƏ

Venesuela hökuməti ABŞ-ın Karib hövzəsinə qoşun yeritməsinə cavab olaraq kütləvi səfərbərlik qərarı qəbul edib. Bu barədə CNN məlumat yayıb.

KONKRET.az xəbər verir ki, ölkənin müdafiə naziri Vladimir Padrino Lopes bildirib ki, atılan addım “ABŞ-dan gələn imperialist təhdidə cavab” xarakteri daşıyır. Onun sözlərinə görə, Karib regionundakı hərbi fəallığın artması Venesuelanın milli təhlükəsizliyinə birbaşa təhdid yaradır.

Nazirlik həmçinin BOLİVARİAN MİLİSİYASININ – yəni mülki şəxslərdən ibarət ehtiyat qüvvələrin – iştirak edəcəyi genişmiqyaslı hərbi təlimlərin başladığını elan edib.

Padrino Lopes vurğulayıb ki, məqsəd ölkənin müdafiə qabiliyyətini gücləndirmək və istənilən xarici müdaxiləyə qarşı hazır olmaqdır:

“Venesuela xalqı imperialist təzyiqlər qarşısında birləşəcək və suverenliyini müdafiə edəcək,” – deyə o qeyd edib.

Ekspertlər hesab edirlər ki, bu qərar regionda gərginliyi daha da artıracaq və ABŞ–Venesuela münasibətlərində yeni böhran mərhələsinə gətirib çıxara bilər.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*