Venesuela prezidenti bir Amerika casusunun həbs olunduğunu açıqladıbackend

Venesuela prezidenti bir Amerika casusunun həbs olunduğunu açıqladı

Venesuela Prezidenti Nikolas Maduro hüquq-mühafizə orqanlarının silahlı ABŞ kəşfiyyat agentini Falcon ştatındakı Kardon neft emalı zavodunda saxladığını söyləyib.

KONKRET.az xəbər verir ki, o, bunu dövlət televiziyasının efirində bildirib.

Maduro Palito zavodunda planlaşdırılan təxribat planından da danışıb.

Onun sözlərinə görə, agentin vəzifələrindən biri Venesuelanın qərbindəki Falkon ştatındakı bir neft emalı zavodu haqqında məlumat toplamaq idi.

“Amerikalı casus tutulub, əlində silah və külli miqdarda dollar olub” mesajda ​​deyilir.

Gazeta.ru nəşri 10 sentyabrda Karabobo ştatındadı bir neft emalı zavodunda partlayış təşkil etmək planının pozulduğunu yazıb.

Babək Göyüş                       

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*