Venesuela səfirliyi hədəfdə – Bu dəfə Boliviyadakı diplomatik korpusa hücum edildibackend

Venesuela səfirliyi hədəfdə - Bu dəfə Boliviyadakı diplomatik korpusa hücum edildi

Boliviyanın paytaxtı La Pasda naməlum şəxslər Venesuela səfirliyinin binasını atəşə tutub.

KONKRET.az xəbər verir ki, bu barədə Boliviya xarici işlər naziri Selinda Sosa özünün “X” sosial hesabında yazıb. Nazir bildirib ki, hadisə yanvarın 26-da səhər saatlarında baş verib:“Naməlum şəxslər odlu silahdan bir neçə dəfə atəş açaraq binadakıları qorxudublar, eyni zamanda səfirliyin binasına ziyan dəyib”. Sosa hadisəni vandalizm adlandıraraq, hakimiyyətin bunu qınadığını vurğulayıb. Hazırda baş verənlərlə bağlı araşdırma aparılır.

Bundan əvvəl Lissabonda Venesuela Baş Konsulluğuna da hücum edilib. “Axios” portalı ABŞ prezidenti Donald Trampın administrasiyasının Nikolas Maduronun rəhbərlik etdiyi Venesuela hökumətini dəyişdirmək istədiyini yazıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*