Vərəm xəstələrinin keçmiş koloniyası satışa çıxarıldı – QAZAXISTANDAbackend

Vərəm xəstələrinin keçmiş koloniyası satışa çıxarıldı - QAZAXISTANDA

KONKRET.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Pavlodar şəhərində keçmiş bir koloniya satışa qoyulub.

Xüsusi müəssisənin ərazisində 24 obyekt qalıb. Bunlar inzibati binalar, məhkumların yaşadığı on yataqxana, anbarlar, qarajlar, yeməkxanalardır. Koloniyanın satışı ilə dövlət əmlakı və özəlləşdirmə idarəsinin regional departamenti məşğul olur. Başlanğıc qiyməti isə 316 min dollar təşkil edir.

Potensial alıcı zəmanət əmanəti olaraq məbləğin 15 faizini ödəməlidir. Hərrac əvvəlcə satış qiymətinin artırılması ilə keçiriləcək. Hərracda ən iki nəfər iştirak etməlidir. Əgər alıcı tapılmasa, onda satış qiymətinin azaldılması ilə tenderin ikinci mərhələsini elan edəcəklər. Obyekt bu dəfə də satılmasa, üçüncü mərhələdə obyekt minimum dəyəri müəyyən edilmədən satışa çıxarılacaq.

Söhbət 2014-cü ilin may ayında fəaliyyətini dayandıran keçmiş 162/5 koloniyasından gedir. Koloniya tam dolmaması üzündən dağıdılmasə qərara alınıb. Məhkumlar digər bölgələrə köçürülüblər. Ümumilikdə, 124 məhkum etapa göndərilib. İslah müəssisəsinin keçmiş işçiləri isə işlə təmin olunublar. Koloniya vərəm xəstələri üçün ixtisaslaşdığı üçün müəssisənin özü sanitar vəziyyətə gətirilib. Hazərda obyekt yerli icra orqanlarının balansındadır.

Rəhim ƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*