“Vətən etibarlı əllərdədir, ata” – Maduronun oğlubackend

"Vətən etibarlı əllərdədir, ata" - Maduronun oğlu

Venesuela prezidenti Nikolas Maduronun oğlu Guerra atasının ABŞ qüvvələri tərəfindən saxlanılmasından sonra daha bir açıqlama yayıb.

KONKRET.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

“Ata, sən bu ailədə hamımızı güclü etdin. Budur, sən qayıdana qədər vəzifəmizi yerinə yetiririk. Vətən etibarlı əllərdədir, ata. Və tezliklə Venesuelada bir-birimizi qucaqlayacağıq”, – deyə o bildirib.

Xatırladaq ki, 3 yanvar 2026-cı ildə ABŞ qüvvələri Venesuelaya hücum edərək prezident Nikolas Maduro və həyat yoldaşını əsir götürüb. 5 yanvar 2026-cı ildə Venesuela liderinin narkotik kartelinin yaradılması ilə bağlı cinayətlərə görə məhkəməsi başlayıb.

Vitse-prezident Delsi Rodrigez Venesuela prezidentinin səlahiyyətlərini icra edən təyin edilib. Tramp Rodrigezi düzgün qərarlar verməsə, “çox yüksək qiymət” ödəyəcəyi ilə hədələyib. Rodrigez Trampı sülhə və dialoqa çağırıb.

Qeyd edək ki, Guerra Maduro La Guaira ştatının deputatıdır. (unikal)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*