Vətən hər övladına oğul deyə bilmir, Manaf Cəlilzadə! – Əclafların son sığınacaq yeribackend

Vətən hər övladına oğul deyə bilmir, Manaf Cəlilzadə! - Əclafların son sığınacaq yeri

Böyük Məmməd Araz deyirdi ki, “Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim”. Bəli, Vətən hamımıza və hər kəsə oğul demir, daha doğrusu deyə bilmir. Çünki o təkdir, biz isə 10 milyon. Ona görə də Vətən hamımızın başını sığıllaya bilmir, cibimizə dollar “paçkası” qoymur, vəzifə kreslosu vermir. Amma bütün bunlar bizə nə olursa-olsun Vətəni qınamaq və yaxud, bəxti yüyrək soydaşlarımızı-qardaşımızı söyüb, təhqir etmək haqqı vermir. Hesab edək ki, Vətən çoxuşaqlı ailədir. Valideynər də təbii ki, öz övladları arasında ayrıseçkilik aparmır. Əksinə hər bir övladına bacardığı qədər isti nəfəs, bir qarın yemək verməyə çalışır. Lakin övladlardan hamısı yox, biri və yaxud bir neçəsi fərasətli olur. Özünə uğurlu karyera və firavan həyat qurur. Belə məqamda ailənin digər övladları hansı haqla dost-doğma qardaşlarına xor baxa, onu aşağılaya bilər? Bu ən azı ədalətsizlikdir…

Vətən də belədir. Hamı onun qucağında xoşbəxt  və firavan yaşamır. Amma pis yaşayışa və yaxud hansı səbəb görəsə  Vətəni və onun fərasətli oğullarına qara yaxmaq, təhqir etmək vallah heç kimə şərəf gətirmir. Elə Manaf Cəlilzadə kimilərinə də…

Manaf Cəlilzadəni heç tanımıram. Baxmayaraq ki, 30 ildir ictimai-siyasi proseslərin içindəyəm. Onun adını son günlər eşitmişəm. Sən demə, bu adam “siyasi mühacir” imiş. Özünün də “Diktator” adlı internet telviziyası var imiş. Düzü, çox təəccübləndim.

Birincisi, Manaf Cəlilzadənin “siyasi fəaliyyəti”ni  qanmadım. O nə vaxtdan siyasət adamı oldu ki, mən və məni kimi minlərlə azərbaycanlı onu tanımır. Və nə vaxtdan o “siyasi fəaliyyəti”nə görə repressiyaya məruz qaldı? Və nə vaxt “siyasi mühacir” statusu qazandı?

İkincisi, Manaf Cəlilzadə hardan bu maddi imkanı qazandı ki, qərib ölkədə özünə TV açdı? Mən şəxsən 35 ildir ki, mətbuat aləmində külüng vururam, amma necə deyərlər “bir bitim də yoxdur”.

Üçüncüsü, dünənki uşaq olan Manaf Cəlilzadə Azərbaycan və azərbaycanlı məmurlar haqqında hədyanlar danışmaq gücünü hardan alır?

Suallarıma cavab verməzdən əvvəl rəhmətlik akadekimiz Bəkir Nəbiyev demiş bir haşiyəyə çıxmaq istəyirəm. Deməli, 1998-ci ilin payızı idi. Ölkə növbəti Prezident seçkilərinə hazırlaşırdı. O zamankı müxalifətçilər Əbülfəz Elçibəy, Lalə-Şövkət, İlyas İsmayılov və İsa Qəmbər “Musavat”ın qərargahında (Şəhriyar adına mədəniyyət evində) mətbuat konfransı keçirirdilər. O tədbirdə mən də vardım. Fürsət tapıb hər liderə bir sual verdim. İlyas İsmayılovdan da soruşdum ki, “Deyirsiniz ki, ABŞ və Avropa Azərbaycan müxalifətini bu seçkilərdə dəstəkləyəcək. Bilmək istəyirəm ki, hansı öhdəliklər müqabilində xaricdən güclü dəstək gözləyirsiniz?” Bu və digər suallarım aranı qarışdırdı. Musavat yazarı Zahid Səfəroğlunun dəstəsi hətta üstümə hücum çəkdi, mənə xəsarət yetirmək istədi. Alınmayanda da Zahid qışqıra-qışqıra dedi ki, “hakimiyyətə gələndə gör başına nə gələcək?”. Təbii ki, onlar hakimiyyətə gəlmədi. Məndə mirzəliyimi davam etdirdim.

Bunu ona görə xatırladım ki, xaricdəkilər heç kimə heç nəyi əvəzsiz vermir. Üstəlik də Manaf Cəlilzadə kimi sıradan birinə. Avropalılar ona iki dəstəyi (hələ bildiyimiz budur) birdən verib. Həm yaşayış minumunu, həm də TV ilə təmin edilib. Çox fikiləşdim, çox düşündüm. Məşhur kinomuzda deyilir ey: ”Əcəba, Rüstəm bəy qızı Gülnaz xanımı Məşədi İbad kimi kaftara nəyə görə verib?”  Mən də başımı sındırdım kı, bu Avropa Manafın hansı keyfiyyətlərinə görə bu imkanları ona verib? Axı, bu adamın nə siyasi partiyası, nə güclü eloktoratı var. Deməli, Avropa Manaf Cəlilzadənin şərəf və ləyaqətini satın alıb. Çünki onun Avropaya bundan başqa verəcəyi bir şeyi yoxdu. İndi öz şərəf və ləyaqətini avropalılara satan adam Azərbaycan cəmiyyətinə haqdan, ədalətdən danışır. Ayrı-ayrı insanların şərəf və ləyaqətinə ağız atır.

Mən Manafı qınamıram. Çünki, şərəf və ləyaqətini pula satan insan istənilən alçaqlığa gedir. Təki ağası ondan razı qalsın. Necə ki, o boydana ayı bir dənə “boblu” balığı üçün sirk ustasının qarşısında 10-15 dəfə donbalaq aşır. Və burda Avropaya bir qədər də yazığım gəlir. Deyirəm ki, “dağıl ay Avropa, kimilərin ümidinə qalmısan-Manaf Cəlilzadənin…”

Manaf Cəlilzadənin də nə vecinə pul (özü də avro) var, efir var. “Çilə, bülbülüm, çilə”. Ağzın açır, gözün yumur. Dayaz qafasına nə gəlir danışır. O dəfə deyir ki, Azərbaycan 8 mindən artıq şəhid verib. 2 min 800 hara, 8 min hara? Və yadıma düşür ki, Avropada tez tez deyirlər ki, İkinci Qarabağ müharibəsində 10 mindən artıq insan həyatını itirib. Bu geri zəkalı Manaf da öz ağlıyca hesablayır ki, “hə, ölənlərin 3 mini ermənidir. Deməli, yerdə qalanı azərbaycanlılardır”. Ay bərəkallah, Molla Cəbi demiş: “Hesabda pis deyilsən haaa…”  Yada ki, Manafın avropalı ağaları deyir ki, rəqəmi belə de. Fərqi yoxdu. Bütün hallarda yalan danışmaq şərəfzislikdir. Doğru deyirlər ki,  “Vətənpərvərlikdən qışqıra-qışqıra danışmaq əclafların son sığınacaq yeridir”. Elə Manaf Cəlilzadə kimi… Ona görə də Vətən hər övladına oğul deyə bilmir. Axı, şərəfsizə necə oğul deyə  bilərsən?!

Surxay Atakişiyev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*