Vətən müharibəsi iştirakçısından Prezidentə MÜRACİƏT: “Cəmi 4 kvadratlıq uçuq köşkdə yaşayıram” – FOTOLARbackend

Vətən müharibəsi iştirakçısından Prezidentə MÜRACİƏT: “Cəmi 4 kvadratlıq uçuq köşkdə yaşayıram” - FOTOLAR

Vətən müharibəsi iştirakçısı Əliyev Nicat Əbilağa oğlu evi olmadığı üçün uçuq-sökük köşkdə yaşayır. Göyçay rayon sakini olan müharibə iştirakçısı deyir ki, 10 ildir belə ağır şəraitdə yaşamağa məcbur qalıblar.

KONKRET.az xəbər verir ki, Nicat Əliyev Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Həmin müraciətin bir nüsxəsini də redaksiyamıza göndərib. Müraciəti olduğu kimi təqdim edirik:

Göyçay rayonu Çayarxı kəndində yaşayan Vətən müharibəsi iştirakçısı Əliyev Nicat Əbilağa oğlu tərəfindən

                                                                                              MÜRACİƏT

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib bildirirəm ki, anamla birlikdə çöllərdə qalmışam. Bizim yaşayışımızı görən hər kəs dəhşətə gələr. Belə ki, mən Vətən müharibəsində N saylı hərbi hissənin tərkibində Suqovşan, Talışkənd uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Qubadlının müdafiəsində olmuşam. Buna görə mən medallarla təltif edilmişəm.

Atam vəfat edib, evimiz olmadığı üçün anamla birlikdə Göyçay rayonu Çayarxı kəndində çölün düzündə qoyduğumuz uçuq-sökük ticarət köşkündə yaşayıram. Dörd kvadrat metr ölçüsü olan həmin ticarət köşkünün döşəməsi yoxdur, tavanı isə damır. Gördüyünüz bu yer (fotolarda əks olunub) heç heyvan saxlamağa da yaramır. Ancaq biz burada yaşamağa məcbur olmuşuq.10 il əvvəl borca düşdüyümüz üçün evimizi satıb köhnə ticarət köşkünü kəndin çöllüyünə qoyub yaşayırıq.

Özüm daş bazarında fəhləlik edirəm. Bəzən günlərlə işim olmur. Göyçay Rayon İcra Hakimiyyətinə ərizələrlə müraciət etsəm də, heç bir köməklik göstərilməyib. Hətta mən Vətən müharibəsində olan zaman Göyçay rayon İcra  Hakimiyyətinə zəng edib tənha qalmış anama iki ədəd çörək alıb verilməsini xahiş etmişəm. Ancaq xahişimi nəzərə almadılar bir dəfədə olsun maraqlanmadılar.

35 yaşım var, evsizlik və imkansızlıq səbəbindən hələ ailə həyatı qurmamışam.Yaşadığımız daxmanın qazı və suyu yoxdur. Elektirik enerjisinə görə 700 manat borcumuz yaranıb. Bəlkə də, Azərbaycan Respublikasında bizim kimi acınacaqlı şəraitdə yaşayan ikinci bir ailə yoxdur.Sağlam və əmək qabiliyyətinə malik olsam da, hələ işlə təmin edilməmişəm.

Baxmayaraq ki, Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdayam. Acından ölməmək üçün Göyçayda daş bazarında fəhləlik edirəm. Həyatda arzum evimizin olması və ailə həyatı qurmağımdır ki, imkansızlığa görə bu mümkünsüz hala çevrilib.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb onlardan xahiş edirəm ki, bizim ailəyə imkan daxilində köməklik göstərsinlər.

Əlaqə telefonu; (050) 667-19-11

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*