Vətən Müharibəsi şəhidinin xatirəsi Yasamalda yad edildi – Fotolarbackend

Vətən Müharibəsi şəhidinin xatirəsi Yasamalda yad edildi - Fotolar

44 günlük Vətən Müharibəsinin şəhidi, hərbi qulluqçu Hüseyn Tağıyev doğum günündə Yasamal rayonunun ictimaiyyəti tərəfindən yad edilib.

KONKRET.az xəbər verir ki, şəhidin Yasamal rayonunda yerləşən 2-ci Fəxri Xiyabandakı məzarı ziyarət edilib, burada onun ruhuna dualar oxunub.

Mərasimdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Hüseyn Tağıyev müharibədə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Hüseyn Tağıyev erməni işğalçıları ilə gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

İcra başçısı şəhidin anası, həyat yoldaşı və övladı ilə söhbət edib, onların problem və qayğıları ilə marqlanıb.

Mərasimdə çıxış edən şəhid ailəsinin üzvləri öz xatirələri ilə bölüşüblər, diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildiriblər.

Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinin rəisi Ramin Şükürov, Yasamal RİH aparatı və Bələdiyyəsinin əməkdaşları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*