Şəhidimiz torpağa tapşırıldı – FOTOLAR – YENİLƏNİBbackend

Şəhidimiz torpağa tapşırıldı - FOTOLAR - YENİLƏNİB

Vətən müharibəsi şəhidi əsgər Balakişiyev Zamin Dadaş oğlu torpağa tapşırılıb.

KONKRET.az xəbər verir ki, şəhidimiz Sabirabad rayonunun Qaralar kəndində dəfn edilib.

Qeyd edək ki, Zamin Balakişiyev 2001-ci ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olub. Ali Baş Komandanın sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib./report/

***

00:21
Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanan əsgər Balakişiyev Zamin Dadaş oğlu 5 ay sonra hospitalda vəfat edib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib.

Şəhid əsgər sabah, martın 8-də Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*