Vətən müharibəsində yaralanan hərbçimiz şəhid oldu-FOTObackend

Vətən müharibəsində yaralanan hərbçimiz şəhid oldu-FOTO

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) şəhid olub.

KONKRET.az report-a istinadən xəbər verir ki,Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1997-ci il təvəllüdlü, MAXE Əliyev Azər Dilafət oğlu oktyabr ayının 15-i Xocavənd istiqamətində gedən döyüşlərdə başından ağır yaralanıb.

O, yanvarın 28-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

A.Əliyev bu gün Yuxarı Qiyaməddinli kəndində dəfn edilib.

Şəhidimiz ailəli idi, bir azyaşlı övladı var.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*