backend

Vətən müharibəsinin daha bir iştirakçısına VƏZİFƏ VERİLDİ - FOTOLAR

Nərimanov Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

KONKRET.az xəbər verir ki,  bu barədə RİH-nin başçısı Abdin Fərzəliyev əmr imzalayıb.

Əmrə əsasən, Tahir İbrahimov qurumda yeni yaradılan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin Tədbirlər Planına uyğun olaraq şəhid ailələri ilə növbəti görüş keçirilib. İcra başçısı görüş iştirakçılarına Prezident İlham Əliyevin imzaladığı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərmana edilən dəyişikliyə əsasən Nərimanov Rayon İcra Hakimiyyətində yeni yaradılan “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” haqqında ətraflı məlumat verib və şöbənin müdiri vəzifəsinə yeni təyin olunmuş Vətən müharibəsi iştirakçısı Tahir İbrahimovu onlara təqdim edib.

Görüşdə torpaqlarımızın işğaldan azad olunmasında, tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərən “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid polkovnik Zaur Nudirəliyevin həyat yoldaşı Nazilə Nudirəliyeva və qızı Pəri Nudirəliyeva, “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev və şəhidin oğlu Əli Baxşəliyev, “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid əsgər Murad Məmmədovun atası İlham Məmmədov, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid əsgər Ələddin Səidovun atası Azər Səidov iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*