Vətəndaşlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası haqda görün nələr düşünürlər – FOTOFAKTbackend

Vətəndaşlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası haqda görün nələr düşünürlər - FOTOFAKT

Son günlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası rəhbərliyinin fəaliyyəti haqda xoşagəlməz iddialar səngimək bilmir. Belə ki, Sahib Məmmədovun öz yaxın qohumlarını və dostlarını vəzifəyə təyin etməsi, eləcə də “Putyovka” biznesinə girişməsi, səlahiyyətlərindən sui-stifadə hallarına yol verməsi haqda iddialar yayılır. Ancaq deyilənlər təkcə iddialarla bitmir və İttifaqın fəaliyyəti ona üzv olan insanları da razı salmır. Bu qənaətə gəlməyə ittifaqın fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə yazılan statuslar və bildirilən rəylər əsas verir.

KONKRET.az xəbər verir ki, Həmkarlar İttifaqından çıxmaq istəyənlərin sayı hər ötən gün daha da artır. İnsanlar üzvlük haqqı ödəmələrinə baxmayaraq, ittifaqdan heç bir xeyir görmədiklərini, boş yerə pul ödədiklərini bildirirlər. Hətta ayrı-ayrı müəssisələrə Həmkarlar İttifaqı tərəfindən verilən “putyovka”ların sayının da azaldığı vurğulanır. Bütün bunlar isə təbii ki, insanların haqlı narazılığı ilə nəticələnir. Ona görə də ittifaqdan çıxan və bu haqda düşünənlərin sayı həddindən artıq çoxalıb.

Sosial şəbəkələrdə bu haqda yazan vətəndaşlar Həmkarlar İttifaqları Konfederasiyasından necə çıxmağın yollarını soruşurlar. Bəziləri isə bunun üçün ərizə ilə müraciət etməyin vacib olduğunu məsləhət görürlər. Bəzi vətəndaşlar isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını mafiyaya bənzədirlər. İddia edirlər ki, onlara ittifaqdan çıxmaq qadağan edilib. Hətta ittifaqdan çıxsalar, onlar üçün çox mənfi nəticələr olacağı ilə qorxudurlar. Həmçinin Həmkarlardan indiyədək heç bir mənfəət görmədiklərini, yalnız bayramlarda içində peçeniye olan “sovqat” verildiyini deyirlər. İnsanlar maaşlarından 2 faiz məbləğin boş yerə tutulduğunu əsas gətirərək heç bir xeyir görmədiklərini və bu səbəbdən də Konfederasiyadan çıxmaq istədiklərini açıq şəkildə dilə gətirirlər.

Konfederasiya sədri Sahib Məmmədov isə bütün bu yazılanlardan yəqin ki, xəbərdardır. Ancaq mövcud problemlər hələ ki, həllini tapmayıb.

Sosial şəbəkələrdə yazılan status və rəyləri təqdim edirik:

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*