Vətəndaşlar rəislərə birbaşa müraciət edə biləcək – Videobackend

Vətəndaşlar rəislərə birbaşa müraciət edə biləcək - Video

Vətəndaşlar qarşılaşdıqları hər hansısa bir məsələylə bağlı təşəkkür, təklif və ya şikayətlərini Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti Zəng mərkəzi, internet saytı, sosial şəbəkələrdəki rəsmi səhifələri ilə yanaşı artıq polis orqanlarının rəhbərlərinə də birbaşa ünvanlaya bilərlər.

KONKRET.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Bunun üçün respublikanın bütün şəhər və rayonlarda yerləşən polis idarə, şöbə və bölmələrinin rəislərinin qəbuluna onlayn yazılaraq görüş vaxtını təyin etmək kifayətdir.

Qəbula “E-polis” mobil tətbiqi vasitəsilə onlayn qaydada yazılmaq mümkündür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*