Vətəndaşları sosial yardım düzəltmək vədləri ilə aldatdı – VİDEObackend

Vətəndaşları sosial yardım düzəltmək vədləri ilə aldatdı - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən əvvəllər də eyni əməllərə görə məhkum olunmuş 42 yaşlı Elməddin Kazımov saxlanılıb. 

KONKRET.az xəbər verir ki, araşdırma zamanı onun ayrı-ayrı vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək, həmçinin əlillərə veriləcək ev, avtomobil növbəsində adlarının irəli çəkdirəcəyi vədi ilə aldadaraq dələduzluq etdiyi məlum olub.

E.Kazımov qanunsuz əməllərini həyata keçirən zaman özünü zərərçəkənlərə “Zaur”, “Sadiq” və “Mübariz” adı ilə təqdim edib. Onun başqa şəxslərə qarşı da analoji cinayətlər törətdiyi istisna edilmir.  E.Kazımovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*