Vətənə sevgi, sağlam düşüncə və güclü iradə – Azərbaycan gənclərinin vətənpərvərlik keyfiyyətləribackend

Vətənə sevgi, sağlam düşüncə və güclü iradə - Azərbaycan gənclərinin vətənpərvərlik keyfiyyətləri

Azərbaycanda uşaq və yeniyetmələrin fiziki və mənəvi inkişafı konsepsiyası müstəqillik illərində yeni istiqamətlə formalaşıb. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradıldıqdan sonra bu sahəyə geniş fikir verlməyə başlanılıb. Artıq ölkədə uşaq və gənclər siyasəti müəyyən edilib  və onların sağlam böyüməsi, uşaq və gənclərin peşəkar idmana cəlb olunmaları üçün xüsusi proqram işlənib hazırlanıb. Otuz il əvvəl başlayan bu hərəkat Azərbaycanın hər yerini əhatə etməyə başlayıb və  az müddətdə öz bəhrəsini verib. Gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi üçün təlimlər icra olunub. Eyni zamanda yeni yaradılan qurum gənclərin mənəvi və psixoloji hazırlıqları üzrə də layihələr hazırlayıb.

Az müddət ərzində gənc nəslin sağlam və vətənpərvər böyüməsi üçün lazım olan infrastruktur yaradılıb. Uşaq Gəncələr İdman Məktəblərinə cəlb olunan uşaqlar böyük uğurların astanasında ilk addımlarını atıblar. Artıq həmin məktəblərdə gələcəyin Avropa, dünya və Olimpiya çempionları yetişib. Yeni yaradılan struktur bölmələrinə ixtisaslı kadrlar cəlb olunub və uşaqları seçdikləri idman növlərinə uyğun düzgün istiqamətləndiriblər. Əsasən olimpiya növlərinə həvəs göstərən yeniyetmələrin düzgün tərbiyəsi, onlarda mənəvi keyfiyyətləri aşlamaq məsələsi mütəxəssislərdən həm də, yüksək peşəkarlıq tələb edirdi. Uşaqların vətənpərvər ruhda böyüməsi, onlarda vətənə sevgi aşlamaq üçün hazırlanan xüsusi konsepsiya öz bəhrəsini verdi. Uşaqlarda mübariz əhval-ruhiyyə formalaşdırmaq və məğlubiyyətlə barışmamaq prinsipini onlara düzgün çatdırmaq üçün aparılan iş düzgün qurulmalı və bütün məsələlər diqqətdə saxlanılmalıydı. Az müddət sonra bu siyasət öz bəhrəsini verdi. Azərbaycanda gənc nəslin mənəvi cəhətdən sağlam böyüməsinin şahidi olduq. Artıq 2000-ci illərin əvvələrində Azərbaycan gəncləri dünya miqyasında öz sözünü deməyə başladı. Elmi simpozium və seminarlarda, beynəlxalq olimpiadalarıda yüksək nəticələr göstərən Azərbaycan gəncləri eyni zamanda yüksək intellelkt sahibi olduqlarını bir daha sübut etdilər. Dünyanın qabaqcıl universitetlərində təhsil alan gənclərimiz bir neçə ildən sonra Azərbaycana bacarıqlı mütəxəssis kimi qayıtdı. Deməli, ilk addımlar uğurlu idi. Artıq bu iş yeni konsepsiyada davam etdirildi.

Dövlətin idman siyasətində də Azərbaycan gəncləri çox böyük rol oynadılar. 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra Azərbaycan idmanında yeni mərhə başladı. 1990-cı illərin əvəvlərində Azərbaycanı tərk edən idmançıların vətənə döndülər. Bir çox idman növləri üzrə yeni komandalar yaradıldı. Artıq gənc nəslin böyük idmana gedən yolunda heç bir maneə qalmadı.Bununla da, Azərbaycanda yeni idman hərəkatı başlandı. Eyni zamanda 3-4 il əvvəl idmanda ilk addımlarını atan uşaqların qarşısında yeni üfüqlər açıldı. Çox keçmədi həmin uşaqlar  Azərbaycanın bayrağını qaldırıb himnini səsləndirdilər. 2000-ci il Sidney Olimpiadasında Namiq Abdullayevlə Zemfira Məfətəhhədinovanın qızıl medalq qazanması, Vüqar Ələkbərovun bürünc medalla təltif edilməsi Azərbaycanın ilk Olimpiya uğuru  idi. Bu böyük uğurdan sonra ölkədə idman  hərəkatı yeni vüsət aldı  və əsasən komandalı idman növlərinin inkişafına diqqət artırıldı. Həmin illər Bakının  qadınlardan ibarət “Azərreyl” komandasının Avropadakı parlaq çıxışları yəqin çoxlarının yadındadır. Eyni zamanda otüstü xokkeyçilərin, basketbol komandalarının parlaq çıxışları Azərbaycanda yeni dövrün başlanğıcına işarə idi. Təbii ki, bu işlərin başında dövlətin 1994-cü ildən bəri uğurlu gənclər və idman siyasəti  dayanırdı.Bu siyasət hazırda da  davam etdirilir və Azərbaycanda uşaqların fiziki sağlamlığının artırılması əsas prioritet məsələdir. Eyni zamanda gənc nəslin milli şüurunun inkişafı, onların vətənpərvər böyümələri də əsas istiqamətlərdəndir. Azərbaycan gənci 44 günlük Vətən müharibəsində bunu öz qəhrəmanlığıyla sübut etdi. O, dünyaya göstərdi ki, Azərbaycan gənci güclüdür, vətənpərvədir, qəhrəmandır və hərb meydanında  bir addım geri atan deyil.

Vəli Həsənoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusuna uyğun olaraq dərc edilir”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*