Veteranları öldürdü, ömürlük həbs cəzası aldı – Bir evdə ailə dramı yaşandıbackend

Veteranları öldürdü, ömürlük həbs cəzası aldı – Bir evdə ailə dramı yaşandı

Rusiyanın Saratov şəhərində məhkəmə yerli sakini iki yaşlı adamı öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat İstintaq Komitəsinin saytında yer alıb.

Hadisə 24 noyabr 2018-ci ildə baş verib. Sərxoş vəziyyətdə olan adam evdə həyat yoldaşını döyməyə başlayıb, nəticədə o, başından ciddi zədə alıb.

Qadın qonşu otaqda gizlənməyə çalışıb. Bu zaman həyat yoldaşının nənə və babası kişiyə mane olmaq istəyib.

O isə heyifini onlardan almağa çalışıb və metal əşya ilə yaşlı insanları döyməyə başlayıb.

90 yaşlı nənə hadisə yerində, 91 yaşlı baba – Böyük Vətən müharibəsinin veteranı xəstəxanada dünyasını dəyişib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*