Vəzifəli şəxs iş başında öldü – Gürcüstandabackend

Vəzifəli şəxs iş başında öldü - Gürcüstanda

Gürcüstanın Maliyyə Nazirliyinin əməkdaşı vəzifəsini yerinə yetirərkən halı pisləşib və nəticədə vəfat edib.

KONKRET.az yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayır.

Nazirliyin verdiyi açıqlamaya görə, Arçil Çaçanidze vəzifəsini yerinə yetirərkən halı pisləşib və vəfat edib. Çaçanidzenin ölüm səbəbi ekspertiza ilə müəyyənləşdiriləcək.

“Gürcüstan Maliyyə Nazirliyi, əməkdaş cənab Arçil Çaçanidzenin vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Arçil Çaçanidze bu gün vəzifəsini yerinə yetirərkən halı pisləşib nəticədə dünyasını dəyişdi.

Ölümün səbəbi Levan Samxarauli Milli Məhkəmə Ekspertizası Bürosu tərəfindən müəyyən ediləcək ” – məlumatda bildirilir. publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*