Vəzifəli şəxslər buna görə cərimələnə bilərbackend

Vəzifəli şəxslər buna görə cərimələnə bilər

Zərər çəkmiş şəxsə qısamüddətli mühafizə verilməməsinə görə vəzifəli şəxslər cərimələnəcək.

KONKRET.az xəbər verir ki, bunula bağlı Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsində qeyd edilib.

Dəyişikliyə əsasən, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətdə məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərər çəkmiş şəxsə qısamüddətli mühafizə verilməməsinə görə –vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*