Vəzifəsindən azad edilən Azər Qasımlı kimdir? – DOSYEbackend

Vəzifəsindən azad edilən Azər Qasımlı kimdir? - DOSYE

Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Prezidentinin mətbuat katibi vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Milli.Az “Bioqrafiya” rubrikasında Azər Qasımlı haqqında məlumat verib.

– Azər Qasımov kimdir?

Azər Qasımov  Azərbaycan Respublikası Prezidentinin sabiq Mətbuat katibidir.

– Azər Qasımov nə vaxt anadan olub?

Azər Qasımov 22 iyun 1966-cı ildə anadan olub.

– Azər Qasımov harada doğulub?

Azər Qasımov Bakı şəhərində anadan olub.

– Azər Qasımov harada təhsil alıb?

Azər Qasımov Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, Bakı Dövlət Universitetini və Çenq Du Universiteti (Çin) bitirib.

– Azər Qasımov hansı vəzifələrdə çalışıb?

1994-cü ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində tərcüməçi, 1994-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsində attaşe, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq idarəsində attaşe, 1996-1997-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda attaşe, 1997-1999-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində attaşe, üçüncü katib, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Asiya, Afrika və Latın Amerikası ölkələri idarəsində üçüncü katib, ikinci katib, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

– Azər Qasımlı nə vaxt nə vaxt Prezidentin mətbuat katibi vəzifəsinə təyin edilib?

Azər Qasımlı Azərbaycan Respublikası Prezidentinin 13 mart 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilib.

– Azər Qasımlı nə vaxt vəzifəsindən azad edilib?

Azər Qasımlı 17 fevral 2025-ci ildə Prezidentin müvafiq sərəncamı ilə bu vəzifədən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*