Vəziyyət dəyişdi: Bakıda ən ucuz evlər bu ərazilərdə satılır – SİYAHIbackend

Vəziyyət dəyişdi: Bakıda ən ucuz evlər bu ərazilərdə satılır – SİYAHI

Bakıda evlərin qiymətinə təsir edən əsas amillər arasında metronun yaxınlığı, şəhər mərkəzinə olan məsafə və infrastrukturun inkişaf səviyyəsi xüsusi rol oynayır. İnsanlar əsasən rahat nəqliyyat imkanı, iş yerlərinə yaxınlıq və gündəlik ehtiyaclarını tez qarşılamaq üçün bu cür yerlərə üstünlük verirlər. Buna görə də həmin ərazilərdə mənzillərin qiyməti digər yerlərə nisbətən daha yüksəkdir. 

Paytaxtın hansı rayonlarına daha çox üstünlük verilir? Ən bahalı və ucuz mənzillər haralardadır? 

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, əvvəllər Bakıda ən bahalı daşınmaz əmlak layihələri əsasən şəhər mərkəzində olurdu:

“Son illər isə ən yüksək qiymətlər dəniz kənarında, xüsusilə Bakı Ağ Şəhər layihəsində müşahidə olunur. Altı aydır ki, bu layihədə kvadratmetr qiymətləri orta hesabla 5 min manata çatıb. Lakin təmir vəziyyəti, mənzərəsi və eksklüzivliyinə görə bəzi hallardaqiymət  6-7 min manata qədər də qalxa bilir. Paralel olaraq “Sea Breeze” layihəsində də qiymətlər bu səviyyədədir, baxmayaraq ki, ərazi şəhər mərkəzindən uzaqdır”.

Ekspert bildirib ki, ən ucuz mənzillər Türkan, Zirə, Pirallahı qəsəbələri və Abşeron rayonunun bəzi ucqar yerlərində yerləşir:

“Əlverişli mənzillər isə Masazır və Xırdalanda mövcuddur, burada rəqabət yüksək olduğundan qiymətlər daha münasibdir. Belə ki, təmirsiz mənzillərin kvadrat metri 800-900, təmirli mənzillərin kvadrat metri isə 1000-1050 manat civarındadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*