“Bu vəziyyətdən yeganə çıxış yolu fürsətdən istifadə edib Qarabağın “status”una və Qarabağın müstəqilliyinin tanınmasına nail olmaqdır”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı, əri ilə birlikdə Qarabağda məskunlaşan Sofiya Ovsepyan erməni mediasına bildirib.
“19 gündür mühasirədə olan Qarabağda Yeni ilə hazırlaşmırlar. Panik vəziyyəti yoxdur, mütəşəkkil mübarizə var. Amma nə qədər vaxt aparacaq bilmirəm.
Paşinyanın rusları və ya özündən başqa hamını günahlandırması bizim üçün yeni deyil. Artıq onun adətidir ki, 4 ilə yaxındır rəhbərlikdə olmasına baxmayaraq, günahkar həmişə özü deyil, başqalarıdır.
Müəyyən müddətdən sonra yol açılacaq, amma bu, məsələnin həlli deyil. Biz başa düşürük ki, Qarabağ həmişəlik mühasirəyə alınıb, çünki statusu yoxdur.
Hətta sabah yollar açılsa belə, ertəsi gün çox qısa müddətdən sonra baş verə biləcək yenidən bağlanma risk həmişə var və olacaq. Çünki Qarabağın statusu yoxdur.
Bu vəziyyətdən yeganə çıxış yolu bu fürsətdən istifadə edib Qarabağın “status”una və müstəqilliyinin tanınmasına nail olmaqdır”, – Ovsepyan deyib.
Xuraman Etibarlı,
KONKRET.az