“Vicdanın labüd etdiyi savaş” kitabı ictimaiyyətə təqdim olundu – VİDEObackend

"Vicdanın labüd etdiyi savaş" kitabı ictimaiyyətə təqdim olundu - VİDEO

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin müəllifi olduğu “Vicdanın labüd etdiyi savaş” kitabının təqdimat mərasimi keçirilib.

KONKRET.az xəbər verir ki, siyasi açıqlamaları ilə gündəm yaratmağı bacaran partiya başqanı bu dəfə kitab müəllifi kimi onu tanıyanları, dostlarını və ictimaiyyəti sözün əsl mənasında təəccübləndirməyi bacarıb. İctimai-siyasi xadimlərin, elm adamlarının, ziyalıların və yaxın dostların dəvət aldığı təqdimatda AY Partiya başqanı müəllifi olduğu kitabı öz imzası ilə dostlarına təqdim edib.

Həzin və zövqlü musiqi ilə müşaiyət olunan təqdimat mərasiminə dəvət olunan qonaqlar müəllifə öz ürək sözlərini ifadə ediblər. Tədbir səmimi ünsiyyət fonunda bədii hissə ilə davam etdirilib.

Müşviq Tofiqoğlu,
Sevinc Paşayeva,
İqbal Rzayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*