Vikipediyadan Mir Şahinə qarşı təxribat – FAKTLARbackend

Vikipediyadan Mir Şahinə qarşı təxribat - FAKTLAR

Vikipediya Real TV-nin baş direktoru Mir Şahin Ağayevə qarşı təxribat törədib.

KONKRET.az-ın araşdırmasına görə, Mir Şahin haqqında bəzi məlumatlar Vikipediyadan silinib.

Seyfulla Mustafayevin və ANS telekanalının Vikipediyadakı səhifələrində Mir Şahinin adı ANS TV-nin təsisçiləri sırasından çıxarılıb. Vikipediya daha bir saxtakarlıq edərək, ANS TV-nin ilk yayım günündə aparıcının Mir Şahin olması barədə məlumatı da silib.

Mir Şahinin və Vahid Mustafayevin Vikipediyadakı səhifələrində isə təxribat baş verməyib. V.Mustafayevin səhifəsində belə yazılır: “1991-ci ildə 23 yaşlı Vahid Mustafayev qardaşı Seyfulla Mustafayev və həmkarı Mir Şahin Ağayevlə birlikdə SSRİ-də ilk özəl müstəqil televiziya şirkəti yaradır və sonradan çox şaxəli media qurumuna çevriləcək bu şirkətə “ANS” adını verir”.

Natiq Səlim,

KONKRET.az

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*