“Məqalələri bərpa edəcəyəm. (Vikipediyada şəhidlərə aid məqalələri nəzərdə tutur-red). Konsensusun tərəfdarları sakit durdular, arada mən günahkar getdim. Məni ortada qoydular və xain vəziyyətinə saldılar, baxmayaraq ki, admin kimi təməl borcumu yerinə yetirmişdim – qəbul edilən qərarın icra edilməsi…”
KONKRET.az xəbər verir ki, bunu vikipediya könüllüsü Ayxan Zahidzadə bildirib.
“Təəssüf ki, neytral yanaşaraq bunu etdim və ortada qaldım. Hər halda, baş vermiş hadisədən sonra məni bu vəziyyətə salanlar ayrı məsələdir… İnsanın haqqına girmək mənəvi problemdir”, – o qeyd edib.
Bunun yeganə adı var – şərəfsiz.