Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransında Macarıstanın baş naziri Viktor Orbanla Rusiya Federasiyasına qarşı atəşkəs barədə heç vaxt danışmadığını bildirib.
KONKRET.az xəbər verir ki, Zelenski qeyd edib ki, Macarıstanın Ukraynanın Aİ-yə daxil olmasına mane olması ilə bağlı Orbana sualları var:
“Mən Viktor Orbanla heç vaxt atəşkəs və ya Putinlə dialoq barədə danışmamışam. Ola bilsin ki, o, bu mövzunu dostları, Aİ liderləri və ya ABŞ-da qaldırıb. Onun yürütdüyü siyasət Ukraynanın maraqlarlna uyğun deyil. Orbana sual verdim, Viktor, Aİ-yə daxil olmağımızı dəstəkləməməyiniz üçün heç olmasa bir səbəb göstərin, bəlkə diplomatik həll yolu tapa bilərik. O, isə cavab verə bilmədi”, – deyə Zelenski bildirib.
Vəli Həsənov,
KONKRET.az