“Ermənistanın baş naziri Nikol Paşinyan Qərbə xoş gəlmək üçün xalqına, dövlətinə və Rusiya ilə uzunmüddətli münasibətlərinə xəyanət edir”.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski danışıb.
Deputat Ermənistan liderinin Moskvaya verilməyən silahlara görə İrəvanın borcunu azaltmaq təklifinə cavab verib.
“Rusiya bütün beynəlxalq müqavilələri həmişə yerinə yetirib və yerinə yetirməkdə davam edir. Əgər Ermənistanın silahları vaxtından əvvəl çatdıra bilmədiyimizlə bağlı iddiaları var idisə, bunun obyektiv səbəbləri var ki, bunlar digər məsələlərlə yanaşı, iki tərəf arasında müqavilələrdə də göstərilib”, – Vodolatski bildirib.
Duma üzvünün sözlərinə görə, Paşinyan konkret olaraq belə bəyanatlar verir ki, sonradan Rusiyanın bütün şərtlərdən və iddialardan əl çəkdiyini, ona görə də Ermənistanın Qərbdən silah alacağını söyləsin. O əlavə edib ki, Almaniya və Fransa artıq İrəvana silah verməyə hazırdır.
Natiq Səlim,
KONKRET.az