Vinoqradovun hərəkətləri millətlərarası gərginliyə səbəb ola bilər – erməni səfirliyindən BƏYANATbackend

Vinoqradovun hərəkətləri millətlərarası gərginliyə səbəb ola bilər - erməni səfirliyindən BƏYANAT

Ermənistanın Rusiyadakı səfirliyi bu gün Armavirdəki erməni məbədinin ərazisində baş verən hadisəyə münasibət bildirib. Bəyanat səfirliyin Facebook səhifəsində yayımlanıb.

///❗️Комментарий Посольства в связи с произошедшим на территории армянского храма в АрмавиреПосольство выражает…

Gepostet von Посольство Армении в России/ՌԴ-ում ՀՀ դեսպանություն am Mittwoch, 13. November 2019

“Səfirlik Armavirdə baş verən hadisədən dərin qəzəbini ifadə edir.

Armavir şəhər Dumasının (Krasnodar diyarı) deputatı A.Vinoqradovun hərəkətləri bizim tərəfimizdən Erməni Apostol Kilsəsinin ərazisindəki vandalizm aktı və qanuni qaydalara zidd olan özbaşınalığın təzahürü kimi qiymətləndirilir. Bu hərəkətlər Ermənistan-Rusiya münasibətlərinin ruhuna uyğun deyil və millətlərarası gərginliyə səbəb ola bilər. Armavirdə baş verənlərin həm Ermənistanda, həm də Rusiyada yaşayan çoxsaylı soydaşlarımız arasında ciddi narahatlığa səbəb olduğunu vurğulayırıq.

Səfirlik müəyyən edilmiş qaydada Armavirdəki erməni məbədinin ərazisində vandalizm aktı barədə Rusiyanın müvafiq orqanlarına məlumat verəcək. Eyni zamanda, Armavir şəhərinin rəhbərlərini baş verənlərə müvafiq qiymət verməyə çağırırıq. Baş verənlər diplomatik nümayəndəliyin diqqət mərkəzində olacaq. Səfirliyin nümayəndələri icma və Rusiya Federasiyasının müvafiq qurumları ilə daim əlaqə saxlayır”.

KONKRET.az xatırladır ki, Armavir Şəhər Şurasının deputatı Aleksey Vinoqradov Erməni Apostol Kilsəsinin kilsəsinin ərazisinə girib və qara rəngli boya ilə Qareqin Njdenin xatirə lövhəsini ləkələyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*